#xeber Instagram Photos & Videos

xeber - 102.5k posts

Top Posts

Latest Instagram Posts

  • Azərbaycanlı qız bayrağımız uğrunda mübarizə aparıb
İranda keçirilmiş yarışda iştirak edən həmyerlimiz Zəhra Salmanlı qüruverici bir addım atıb. Belə ki, o keçirilən yarışda bayrağımızın ermənilərin bayrağından aşağıda asıldığını görüb. Bu hadisəyə etiraz edən Zəhra bayrağın yerinin dəyişdirilməsini tələb edib, əks təqdirdə isə yarışa qatılmayacağını bildirib. 95 nömrəli məktəbin V sinif şagirdi 11 yaşlı həmyerlimiz bayrağın yerinin dəyişdirilməsinə nail olub. Qeyd edəki ki, o yarışda erməni idmançını o cümlədən, bütün rəqiblərini məğlub edərək qızıl medal və diplomla təltif olunub.

Mobil tətbiqimizi Appstore`dan və Play Market`dən əldə edə bilərsiniz!

#qalanews #xeberaz #aztagram #baki #azerbaycan #sonxeber #gündəm #xeber

  • 3 0 8 minutes ago
  • Ermənistan mağazalarında üzərində Azərbaycan dilində markalanma olan konfetlər satışa çıxarılıb.

GundemTv virtualaz.org-a istinadən xəbər verir ki, bunu ölkənin Qida məhsullarının təhlükəsizliyi dövlət xidmətinin başçısı Georgi Avetisyan deyib.

Avetisyanın sözlərinə görə, konfet qutularının üzərində erməni dilində qeyd olmasa da, Azərbaycan dilində və digər dillərdə markalanma olub, bu isə qüvvədə olan qanunvericiliyin pozulmasıdır, həm də onu göstərir ki, məhsul Ermənistana ixrac olunmaq üçün nəzərdə tutulmayıb.

Söhbət “Ferrero SpA” İtaliya şitkərinin istehsal etdiyi “Rafaello” və “Ferrero Rocher” konfetlərindən gedir ki, bunlar Ermənistana “Ferrero SpA” şirkətinin rəsmi nümayəndəliyi tərəfindən deyil, Avetisyanın bildirdiyi kimi, “naməlum təşkilat” tərəfindən idxal olunub. “Biz idxalçını tapa bilmədik. Konfetlər “Surmalu” yarmarkasında alınıb. Onlar Ermənistana ya qaçaqmalçılıq yolu ilə gətirilib, ya da gömrük rüsumu tətbiq edilməyən 25, yaxud 50 kiloqramlıq partiya ilə daxil olub”, - Avetisyan bildirib. “Şübhəli konfetlər” müsadirə edilib, indi Ermənistanın qida məhsulları təhlükəsizliyi dövlət xidməti onların mənşəyini araşdırır.

Oxşar hallar Ermənistanda artıq dəfələrlə baş verib. 2017-ci ildə İrəvan bazarlarında Azərbaycanın Quba rayonunda yetişdirilmiş almaların satışı qeydə alınmışdı.
#azerbaycan #baku #ermenistan #veten #xeber #duşmen

  • 10 1 1 hour ago
  • Salyan rayonunda yol qəzası baş verib. 
GundemTv "Report"a istinadə n xəbər verir ki, hadisə Ələt-Astara magistralının 95-ci kilometrliyində rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 
Belə ki, rayonun Babazənan yaşayış massivinin sakini, 1979-cu il təvəllüdlü Cəmil Kamil oğlu Əhmədov qarşıda hərəkətdə olan yük maşınından mişar daşının düşməsi nəticəsində idarəetməni itirib. O, yol kənarında avtomobilini saxlayıb düşmək istəyərkən arxadan gələn digər nəqliyyat vasitəsi onun maşınını vuraraq hadisə yerindən uzaqlaşıb. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aprılır. 
#azerbaycan #baku #qeza #xeber

  • 21 2 1 hour ago